Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bakı Metropoliteni” gücləndirilmiş iş rejiminə keçir

news photo

18.03.2019 18:05 // Cəmiyyət

Novruz bayramı günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.

Bunu Youthportal.az-a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, bayram günləri əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək:

“Əlavə texniki vasitələr dedikdə, əsasən, əlavə qatarları nəzərdə tuturuq. Zərurət yarandığı halda, ehtiyat qatarlar xəttə buraxılacaq. Bütün stansiyalarda isə əlavə növbətçilik rejimi olacaq”.

Metropoliten rəsmisi gücləndirilmiş iş rejiminin martın 20-dən başlayaraq həftəsonuna qədər davam edəcəyini qeyd edib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 25 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi