Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı məktəblisi Ulu Öndərə həsr olunan dünya çempionatının qalibi olub

news photo

12.12.2019 17:58 // Bizim istedadlar

Fiziki məhdudiyyətli paytaxt məktəblisi ulu öndər Heydər Əliyevə həsr olunan dünya çempionatında qalib gəlib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, 22 nömrəli tam orta məktəbin IV sinif şagirdi Amin İmanov kikboksinq idman növü üzrə paytaxtda keçirilən dünya çempionatında 20 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qalibiyyətinə görə məktəbli qızıl medal, çempionluq kəməri və diplomla təltif olunub.

Qeyd edək ki, bu, Amin İmanovun ilk qələbəsi deyil, 2017-ci ildən idmanla məşğul olan məktəbli beynəlxalq və ölkədaxili yarışlarda ümumilikdə 14 qızıl və 2 bürünc medal qazanıb.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi