Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı məktəblisi beynəlxalq turnirdə medal qazanıb

news photo

11.06.2019 14:31 // Bizim istedadlar

Bakı məktəblisi taekvondo üzrə beynəlxalq turnirdə II yeri tutaraq gümüş medal qazanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildiriblər ki, Rusiyanın Soçi şəhərində azyaşlılar arasında “Taekvondo üzrə Avropa kuboku 2019” beynəlxalq turniri keçirilib. Yarışa 10-12 yaşlı idmançılar qatılıblar.

Turnirdə 210 nömrəli tam orta məktəbin VI sinif şagirdi Murad Osmanlı 30 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edib. Həmyerlimiz finala qədər bütün rəqibləri üzərində qələbə qazanıb.

İstedadlı idmançı finalda Rusiya idmançısı ilə görüşüb və cüzi xal hesabı ilə məğlub olaraq fəxri kürsünün ikinci pilləsinə layiq görülüb.

İdmançımız diplom və medalla təltif olunub.

Qeyd edək ki, istedadlı idmançı Murad Osmanlı ölkəmizdə və ölkə hüdudlarından kənarda keçirilən idman yarışlarında çoxsaylı uğurlara imza atıb.

news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi