Bakı məktəbliləri İspaniyada (FOTO)

18.07.2018 11:57 // Təhsil
Bakı məktəbliləri İspaniyanın Barselona şəhərində keçirilən Avropa Gənc Məsləhətçilər Şəbəkəsi (ENYA) forumunda ölkəmizi təmsil ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 257 nömrəli tam orta məktəbin şagirdi Ayxan İsmayılov, 191 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Əlili və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdi Urfan Rəhimzadə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) aparatının dəstəyi ilə foruma qatılıblar.
BŞTİ-dən Youthportal.az-a bildirilib ki, forum Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) tərəfindən təşkil olunub.
Tədbirin məqsədi ENOC-a üzv seçilmiş 10 təsisatın, o cümlədən Azərbaycanın ombudsman təsisatının iştirak etdiyi “Danışın gənclər, uşaqların mental sağlamlığı barədə danışın!” layihəsinin icrası ilə bağlı görülən işlərin təqdimatı, təcrübə mübadiləsi və uşaqların mövzu üzrə təkliflərinin müzakirəsindən ibarətdir.
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvü olan Bakı məktəbliləri tədbirdə təqdimatla çıxış edərək layihə çərçivəsində ölkədə həyata keçirilən işlər barədə danışıblar.
Həmçinin layihə çərçivəsində mental sağlamlığa dair ölkəmizdə həyata keçirilən fəaliyyət barədə müzakirələr aparılıb, bu istiqamətdə görüş keçirildiyi, mövzu ətrafında müzakirə və qrup işlərinin aparıldığı diqqətə çatdırılıb. Forumda uşaqların sağlamlıq hüququna, o cümlədən mental sağlamlığına dair Azərbaycan məktəblilərinin fikir və təklifləri maraqla qarşılanıb.



Digər xəbərlər
AMEA magistraturalarına qəbulda müsahibə mərhələsi ləğv olunub
21.02.2019 08:52 // Təhsil
Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər (FOTO)
21.02.2019 08:36 // Təhsil
Bakı Slavyan Universitetində Beynəlxalq Ana Dili Günü qeyd ediləcək
20.02.2019 19:25 // Təhsil
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd ediləcək
20.02.2019 18:39 // Cəmiyyət
“Azərbaycan qəhrəmanlıq salnaməsində nehrəmli şəhidlər” kitabı çap olunub
20.02.2019 17:46 // Təhsil
Startap layihələri dəstəkləmək üçün karyera mərkəzi yaradılacaq
20.02.2019 17:27 // Təhsil
Azərbaycan filmləri beynəlxalq festivalda nümayiş olunacaq
20.02.2019 17:12 // Cəmiyyət
Kitabxanada İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş stend-sərgi hazırlanıb
20.02.2019 16:50 // Cəmiyyət
“Gənc istedadlar” bilik yarışının növbəti mərhələsi Beynəlxalq Ana Dili Gününə həsr olunub (FOTO)
20.02.2019 16:24 // Təhsil
“Naməlum Axundzadə” nümayiş olunacaq
20.02.2019 16:05 // Cəmiyyət
İqtisadiyyat İnstitutu əməkdaşının məqaləsi Sankt-Peterburqda keçirilən elmi-praktik konfransın materialları sırasında
20.02.2019 15:48 // Təhsil
Şəkidə “Sağlam gələcək, İdmanla gələcək” adlı layihəinin açılış turniri keçirilmişdir (FOTO)
20.02.2019 15:21 // Gənclər üçün
Gələn ay üçün qeyri-iş günləri
20.02.2019 15:08 // Cəmiyyət
“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramına qeydiyyat başlayıb
20.02.2019 14:12 // Təhsil
Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin layihəsi birinci yerə layiq görülüb
20.02.2019 13:57 // Təhsil
Tusi-Bohm Planetariumda Elm Gününə həsr olunan tədbir keçirilib
20.02.2019 13:42 // Təhsil
Filarmoniyada gənc bəstəkarların əsərləri səslənəcək
20.02.2019 13:30 // Cəmiyyət
Azərbaycanlı atletlər Minskdə keçiriləcək beynəlxalq yoldaşlıq turnirində mübarizə aparacaqlar
20.02.2019 13:14 // İdman
Sabah külək əsəcək
20.02.2019 12:59 // Cəmiyyət
Amerikadakı yəhudi diasporu Xocalı qurbanlarının xatirəsini anacaq
20.02.2019 12:44 // Cəmiyyət
"Baku Open" karate turnirinin vaxtı açıqlanıb
20.02.2019 12:27 // İdman
Rayonlar üzrə IX sinif şagirdləri üçün buraxılış imtahanın birinci mərhələsi mart ayında keçiriləcək
20.02.2019 12:15 // Təhsil
IADC-nin prezidenti Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşdü
20.02.2019 12:00 // Təhsil
İlahiyyat İnstitutunun rektoru tələbələrlə görüşüb (FOTO)
20.02.2019 11:43 // Təhsil
DİM gürcü dilini bilən mütəxəssis axtarır
20.02.2019 11:24 // Təhsil
Koreya Respublikasında təqaüd proqramı
20.02.2019 11:08 // Təhsil
“UNEC-100” - Strateji idarəetmə
20.02.2019 10:54 // Təhsil
ADU-da Çin fənərlər festivalı təşkil olunub (FOTO)
20.02.2019 10:41 // Təhsil
BSU-nun beş tələbəsi Cocuq Mərcanlı məktəbində pedaqoji təcrübə keçəcək (FOTO)
20.02.2019 10:23 // Təhsil
Ermənistan ordusu atəşkəs rejimini 29 dəfə pozub
20.02.2019 09:56 // Qarabağ