Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı məktəbliləri beynəlxalq turnirdə qalib olublar

news photo

11.06.2019 16:44 // Təhsil

Paytaxt məktəbliləri Gürcüstanda yeniyetmələr arasında karate üzrə keçirilən beynəlxalq turnirdə qalib olublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, 95 nömrəli tam orta məktəbin şagirdləri Polad Abdulrəzimov və Rəyyan Abbaslı, 278 nömrəli tam orta məktəbin şagirdi Rəşid Rəşidov, 58 nömrəli tam orta məktəbin şagirdi Davud Həsənli, 269 nömrəli tam orta məktəbin şagirdi Əhməd Şəfiyev, 261 nömrəli məktəb-liseyin şagirdi Nihad Abıyev və “Zəngi” liseyinin şagirdi Zakir Məmmədli bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Turnirdə 278 nömrəli tam orta məktəbin şagirdi Valeh Əhmədov, 171 nömrəli tam orta məktəbin şagirdi Çingiz Həşimov, 145 nömrəli tam orta məktəbin şagirdi Yusif Məmmədli və 249 nömrəli tam orta məktəbin şagirdi Rəhman Sadıqov II, 145 nömrəli tam orta məktəbin şagirdi Musa Məmmədli isə III yeri tutub.

Turnirin finalında azərbaycanlı idmançıların məğlub etdikləri rəqibləri arasında erməni idmançılar da olub.

Xatırladaq ki, yarışda ümumilikdə 704 idmançı mübarizə aparıb.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bazar gününə olan hava proqnozu

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi