Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar (FOTO)

news photo

19.08.2019 12:36 // Təhsil

Bakıda iki orta məktəbin 11 A və 11 B siniflərini bitirmiş bütün məzunlar ali məktəblərə qəbul olublar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a bildirilib ki, 13 nömrəli tam orta məktəbin 11 A sinfini bitirən 22 məzunun hamısı 2018-2019-cu dərs ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. Məzunlardan 8-i 500-dən yuxarı, 2-si isə 600-dən yuxarı bal toplayıb.

314 nömrəli tam orta məktəbin humanitar təmayüllü 11 B sinfini bitirən 22 məzun da ali məktəblərə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adını qazanıb. Məzunlardan 21-i III qrup üzrə, 1-i isə V qrup üzrə qəbul imtahanlarında uğur qazanıb.

Məzunlardan 2-si 500-dən yuxarı, 20-si isə 200-500 bal arası nəticə göstərib.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi