Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı məktəblərində “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib

news photo

23.01.2020 15:26 // Təhsil

“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsi keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Youthportal.az-a verilən məlumata görə, müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür.

Müsabiqə üzrə təqdimatlar Münsiflər heyəti tərəfindən dinlənilir.

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə uyğun olaraq keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaq, onlarla aparılan işləri daha da gücləndirmək və fəaliyyətlərinə stimul verməkdən ibarətdir.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi