Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı məktəbinin builki məzunu Budapeştdə keçirilən yarışlarda qızıl medala layiq görülüb

news photo

09.07.2019 15:06 // Təhsil

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 189-190 nömrəli tam orta məktəbin builki məzunu Fərid Ağayev Budapeştdə dünya məktəbliləri arasında keçirilən kombat oyunlarında uğura imza atıb.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, Fərid Ağayev Budapeştdə keçirilən yarışlarda karate idman növü üzrə qızıl medala layiq görülüb, diplomla təltif edilib.

Fərid Ağayev 2009-cu ildən - 7 yaşından karate ilə məşğul olur. O, yeniyetmələr arasında İsveçrə və Fransada keçirilən Avropa çempionatlarında 2 dəfə I yerə, Xorvatiyada keçirilən Qran-Pri, Gənclər Liqası və dünya çempionatında müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi