Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bakı Marafonu-2019” üçün qeydiyyatdan keçənlərin sayı 15 min nəfərə çatıb

news photo

23.04.2019 15:02 // İdman

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək “Bakı Marafonu-2019” üçün qeydiyyatdan keçənlərin sayı 15 min nəfərə çatıb.

Youthportal.az yarışın “facebook” səhifəsinə istinadən xəbər verir ki, yarışda iştirak etmək istəyən 16 yaşdan yuxarı şəxslər mayın 1-dək Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Port Baku Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu-2019”un saytına (www.baku.marathon.az) müraciət edə bilərlər.

Qeyd edək ki, ötən il baş tutan sayca 3-cü “Bakı Marafonu”nda 18 min iştirakçı qeydiyyatdan keçmişdi. Əvvəlki yarışlara Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb-çalışan əcnəbilər, ABŞ, Braziliya, Çex Respublikası, Fransa, Hindistan, İran, İsveçrə, İspaniya, Qazaxıstan, Malayziya, Meksika, Özbəkistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Ukrayna və digər ölkələrin Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, “BP Azərbaycan” şirkətinin, Böyük Britaniyanın Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının təmsilçiləri də qoşulub. Yarımarafonlarda ABŞ, Almaniya, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İraq, İran, İspaniya, Keniya, Kolumbiya, Polşa, Rusiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdən turistlər də iştirak edib. Layihə region sakinləri tərəfindən böyük maraqla qarşılandığından 2017-ci il sentyabrın 17-də Gəncə şəhərində də yarımarafon təşkil olunub.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi