Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Konqres Mərkəzində “SABAH”ın məzunu-2018” mərasimi keçirilib

news photo

05.07.2018 17:38 // Təhsil

İyulun 5-də Bakı Konqres Mərkəzində “SABAH”ın məzunu-2018” mərasimi keçirilib.

Youthportal.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, təhsil ekspertləri və tələbələr iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində “Mən “SABAHAM” adlı sərgi ilə tanış olublar.

Tədbirdə “SABAH” qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “SABAH”ın məzunu” mərasiminin iştirakçılarına ünvanladığı müraciət oxunub.

Təhsil naziri Ceyhun Bayramov təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət daşıdığını vurğulayıb. Nazir Prezident İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini, həyata keçirilən təhsil islahatlarının məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

Dörd il əvvəl yaradılmış “SABAH” qruplarının ilk nəticələri haqqında danışan nazir bildirib ki, 2017-ci ildə ali təhsil müəssisələrini bitirmiş 721 “SABAH” məzununun 37 faizi Azərbaycanda, 16 faizi isə xarici ölkələrdə magistratura səviyyəsində təhsilini davam etdirir.

Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən C.Bayramov bu yolda “SABAH” məzunlarına uğurlar arzulayıb, onları təbrik edib.

Qeyd edək ki, “SABAH” qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə yeddi dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda 12 ali təhsil müəssisəsində fəaliyyət göstərən “SABAH” qrupları 40-dan artıq ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir. 2017-2018-ci tədris ilində isə 842 “SABAH” məzunu təhsilini başa vurub.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Təmas xəttində nisbi sakitlik olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi