Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Kitab Mərkəzində “Keçmişdə gəzinti” kitabının təqdimatı olub

news photo

20.06.2019 15:48 // Təhsil

Bakı Kitab Mərkəzində şairə Şahrun Süleymanlının yaradıcılıq gecəsi və “Keçmişdə gəzinti” şeirlər toplusunun təqdimatı keçirilib.

Youthportal.az xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin direktoru Günel Rzayeva açaraq Şahrun Süleymanlı haqqında öz fikirlərini bölüşüb.

Daha sonra Əməkdar jurnalist Yusif Rzayev, şairələr Aydan Xəndan, Nərminə Məmmədzadə və başqaları çıxış edərək, Ş.Süleymanlının yaradıcılığı haqqında söz açıblar.

Həmçinin Ş.Süleymanlının müxtəlif illərdə yazdığı şeirləri və digər şairlərin yazdığı əsərlərin tərcümələri səslənib, “Nəsimi” və Xocalı faciəsinə həsr olunmuş “Qara qar gülləri” adlı tamaşalardan videofraqmentlər nümayiş olundu.

Tədbirin bədii hissəsində Əməkdar artist İlham Nəzərov, musiqiçilər Qəmərxanım Məmmədova, Vüsal Aydəmirov, Firuzə Nəcəfli, Nərmin Rzayeva və başqalarının ifaları qonaqlara xoş ovqat bəxş edib.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi