Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı İdman Sarayında sambo üzrə ölkə çempionatının açılış mərasimi keçirilib

news photo

14.02.2020 10:25 // İdman

Fevralın 13-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmə, gənclər və böyüklər arasında ölkə çempionatı və birinciliyinin açılışı olub.

Youthportal.az xəbər verir ki, Azərbaycan Sambo Federasiyasının təşkil etdiyi yarışların açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək qeyd edib ki, ölkəmizdə belə yarışların təşkili samboçularımızın dünya çempionatına və digər mötəbər turnirlərə hazırlaşmasına xidmət edir.

Federasiyanın prezidenti, Əməkdar idman xadimi Ceyhun Məmmədov yarışın yeniyetmələrin bu idman növünə marağının daha da artırılmasına töhfə verəcəyini bildirib.

Sambo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Bəxtiyar Hacıyev turnir barədə fikirlərini bölüşərək deyib ki, Azərbaycan Sambo Federasiyası hər il ölkəmizdə iki mühüm yarış təşkil edir. Onlardan biri Azərbaycan çempionatı, digəri isə Azərbaycan kubokudur. Respublika çempionatının qalibləri Avropa birinciliyində və turnirlərdə, iyulda keçirilən Azərbaycan kuboku yarışının qalibləri isə dünya çempionatında çıxış etmək imkanı qazanırlar. Ümumiyyətlə, yarışların məqsədi yığma komandaya ən güclü və hazırlıqlı idmançıları seçmək, onların dünya və Avropa çempionatlarına, beynəlxalq turnirə aparmaq, orada isə layiqincə çıxış edərək ölkəmizə medallar qazandırmaqdır.

Yarışların birinci günündə yeniyetmələr mübarizə aparıblar. Fevralın 14-də gənclər, yarışın sonuncu günündə isə böyüklər mükafat uğrunda mübarizəyə qoşulacaqlar.

Fevralın 15-dək davam edəcək yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışır.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi