Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı İdman Sarayında “Arpaçay Open” beynəlxalq karate turniri start götürüb

news photo

18.01.2019 12:34 // İdman

Yanvarın 18-də Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan “Arpaçay Open” beynəlxalq karate turniri start götürüb.

Youthportal.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının və “Arpaçay” karate klubunun təşkilatçılığı ilə keçirilən açıq turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak edirlər.

Turnirin birinci günündə bütün yaş qruplarında fərdi kata yarışları keçirilir. Yanvarın 19-da 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite çıxışları, ertəsi gün isə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin iştirakı ilə müxtəlif çəki dərəcələrində kumite görüşləri təşkil olunacaq.

Ölkəmizdə üçüncü dəfədir keçirilən yarışlara 11 ölkədən 800-dək idmançı qatılıb.

Qalib və mükafatçılar diplom, kubok və medallarla təltif olunacaq.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi