Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Gənclər Mərkəzində Hindistan Film Festivalı keçirilib (FOTO)

news photo

03.08.2019 10:31 // Gənclər üçün

Hindistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən festival 23-29 iyul tarixlərini əhatə edirdi.

Youthportal.az xəbər verir ki, festival ərzində Hindistanın rəngarəng mədəniyyətini, adət-ənənələrini və məişət həyatını özündə əks etdirən filmlərin nümayişi həyata keçirilib.

Festivalın açılışının ilk günündə cənab səfir Vanlalvavna Bavintlunq və səfirliyin əməkdaşları ilə yanaşı, hindistanlı qonaqlar da iştirak edib. Cənab səfir festivalın keçirilməsindən məmnunluğunu dilə gətirərək bu tipli tədbirlərin xalqlar arasında dostluq körpülərinin qurulmasındakı roluna toxunub. O, Hindistan və Azərbaycanın köklü kino keçmişinə sahib olmasına toxunaraq mədəniyyətlərimizin filmlər yolu ilə çatdırılmasının əhəmiyyətini dilə gətirib.

Daha sonra Bakı Gənclər Mərkəzinin direktoru Rəvanə Həşimova çıxış edərək gələn qonaqları salamlayaraq Mərkəzin belə xoş bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətinə toxunub.

İlk gün tədbir iştirakçıları və qonaqlar real hadisələr əsasında çəkilmiş əzmkarlıq və mübarizliyin canlandırıldığı "Manjhi: The Mountain Man" filmini izləyiblər. Növbəti günlər ərzində isə müxtəlif mövzulu filmlər nümayiş olunmuş və izləyicilərin marağı ilə qarşılanmışdır.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi