Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri genişlənir

news photo

02.12.2019 16:44 // Təhsil

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev bu ali məktəbin 100 illik yubileyində iştirak etmiş Ukrayna Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun direktoru, tanınmış hüquqşünas alim, akademik Yuri Şemçuşenko və institutun baş elmi işçisi, hüquq üzrə elmlər doktoru Hikmət Cavadov ilə görüşüb.

BDU-dan Youthportal.az-a bildiriblər ki, görüşdə hər iki müəssisə arasında elmi-tədqiqat və təcrübə mübadiləsini təşviq etmək məqsədilə tədqiqatçıların qarşılıqlı səfərləri, birgə beynəlxalq konfranslar və tədqiqat layihələri, müştərək proqram və seminarların həyata keçirilməsi məsələləri müzakirə edilib.

Universitetin 100 illik yubiley tədbirlərində, həmçinin Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin rektoru, professor Christian Tietje və Beynəlxalq iqtisadi hüquq kafedrasının müdiri, professor Azər Əliyev, Fransanın Lion-2 Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Jim Walker və Hüquq fakültəsinin dekanı, professor Guillaume Protiere də iştirak ediblər.

Bakı Dövlət Universiteti ilə Martin Lüter adına Halle-Vittenberq Universiteti arasında imzalanmış sazişə əsasən hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçirilir və rektor Christian Tietje yubiley tədbirində çıxışı zamanı Hüquq fakültəsinə bir təqaüd proqramının ayrıldığını səsləndirib. Fransanın Lion-2 Universiteti ilə “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması üzrə imzalanmış niyyət protokoluna əsasən 2020-ci ildən etibarən bu istiqamətdə birgə kadr hazırlığı həyata keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi