Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı təşkilat komitəsi yaradılıb

news photo

12.02.2019 15:31 // Təhsil

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə bağlı təşkilat komitəsi və işçi qrupu yaradılıb.

Bu barədə Youthportal.az-a BDU-nun mətbuat və informasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2017-ci il 14 noyabr tarixli Sərəncamını əsas tutaraq “Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş “Tədbirlər planı”nın təsdiq edilməsi, yubiley tədbirlərinin təşkili və həyata keçirilməsi üçün zəruri hazırlıq işlərinin aparılması, o cümlədən nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə təşkilat komitəsi və işçi qrupunun yaradılması haqqında əmr imzalayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli mərasimin, universitet məzunlarının forumunun, BDU-nu ötən illərdə bitirmiş məzunlar arasında “BDU xatirələrdə” adlı yazı müsabiqəsinin, ali təhsil müəssisələrində universitetin 100 illiyi münasibətilə tədbirlərin, silsilə elmi-praktik konfransların, BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin bazasında respublika liseyləri şagirdləri arasında fənn olimpiadalarının və yubileylə bağlı müxtəlif idman yarışlarının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Milli Azərbaycan Tarixi Muzeyində Bakı Dövlət Universitetinin şərəfli inkişaf yolunu əks etdirən xüsusi guşənin yaradılması, universitetin tarixini əks etdirən kitabların hazırlanması və nəşri, universitet haqqında sənədli film çəkilişi, “Xatirə yubiley” medalının, döş nişanlarının buraxılması, rəsm və foto müsabiqəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə tədbirlərin, universitet tələbələri üçün liderlik və innovativ sahibkarlıq tədris proqramlarının təşkili və keçirilməsi də 100 illik yubileylə bağlı görüləcək işlərə daxildir.

Digər xəbərlər

Xəbər lenti

Təmas xəttində nisbi sakitlik olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi