Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Dövlət Universitetində yay imtahan sessiyası dövründə 300-dək müraciətə baxılıb

news photo

24.06.2019 14:04 // Təhsil

Bakı Dövlət Universitetində (BDU) 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir. BDU-nun rektoru Elçin Babayevin imzaladığı əmrə uyğun olaraq imtahan sessiyası iyunun 3-də başlayıb, iyulun 2-də başa çatacaq.

BDU-dan Youthportal.az-a bildirilib ki, iyunun 21-dək ayrı-ayrı fənlər üzrə 60 minədək tələbə və magistrant imtahanlarda iştirak edib. Bakalavriatura səviyyəsində “SABAH” qrupları da daxil olmaqla 2405 qrupda imtahanlar keçirilib. İmtahanların şəffaf və obyektiv keçirilməsinə daimi nəzarət edilir, nizam-intizam qaydalarını ciddi şəkildə pozan tələbələr haqqında müvafiq tədbirlər görülür.

Universitetin Qazax filialında da imtahan sessiyası davam edir. İyun ayının 3-dən start götürən imtahan sessiyasında 17 ixtisas üzrə bütövlükdə 1014 tələbə iştirak edir. İmtahan başa çatan gün onun nəticələri tələbələrə dərhal elan olunur. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin edilir.

BDU-da Yekun Dövlət Attestasiyası da işini davam etdirir. İndiyədək 5 mindən artıq tələbə və magistrant yekun dövlət imtahanlarında və ya buraxılış işinin müdafiəsində iştirak edib. Bundan əlavə, 300-ə yaxın passiv tələbəyə akademik borclarının ləğvi məqsədilə yenidən imtahanlarda və ya Yekun Dövlət Attestasiyasında iştirak üçün şərait yaradılıb. Fiziki imkanları məhdud olan 20-dək tələbəyə imtahan zamanı xüsusui şərait yaradılıb, onlar imtahanları şifahi-dialoq formasında verirlər.

Rektorun müvafiq əmri ilə imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin “Qaynar xətti” ilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin etmək və bu barədə tədbir görülməsi məqsədilə yaradılmış qərargaha imtahan yazı işlərinin təkrar yoxlanılması, nəticədən narazılıq, qrup şəklində müraciət edənlərin ümumi sayı bu günədək 300-ə yaxın olub. Qərargahda 50-dək imtahan yazı işlərinə aid müsbət qərarlar qəbul edilib. Qərargaha müraciət edənlər keçən illə müqayisədə azalıb ki, bu da imtahan prosesinin düzgün təşkili nəticəsində mümkün olub.

Bununla yanaşı, məzunların ixtisaslar üzrə işlə təmin olunması istiqamətində də işlər aparılır. Belə ki, müvafiq strukturlarla görüşlər təşkil olunur, şirkət rəhbərləri universitetə dəvət olunaraq vakansiyalar haqqında məlumat verirlər.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi