Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Dövlət Universitetində təlim: “Cybernetic19” (FOTO)

news photo

14.11.2019 15:30 // Təhsil

Bakı Dövlət Universitetində Tələbə Gənclər Təşkilatı tərəfindən kibertəhlükəsizlik mövzusunda “Cybernetic19” adlı təlim keçirilib. 

Universitetdən Youthportal.az-a bildirilib ki, müvafiq sahədə biliklərin artırılması məqsədilə təşkil olunan təlimdə “SABAH” qruplarının Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin “Kompüter elmləri” ixtisasında təhsil alan IV kurs tələbəsi Əli Məmmədli “Haker kimdir və ondan necə qorunmaq lazımdır?” mövzusunda təqdimatla çıxış edib. O, önəmli şəxsi və korporativ məlumatların qlobal şəbəkəyə sızmasının qarşısını almaq, əsas və real təhlükələrə fokuslanaraq daha az resurs ilə təhlükəsizliyin artırılmasını təmin etmək, ölkəmizi hazırda və gələcəkdə kiberhücumlara qarşı daha davamlı və güclü etməyin yollarından danışıb. Əli Məmmədli, həmçinin kibercinayətlərdən xəbərdar olmayan insanların daha asanlıqla öz məlumatlarını onlayn paylaşdığını, bu səbəbdən də kibercinayətlərin sürətlə artdığını deyib.

Daha sonra tələbələrə kibertəhlükələrə qarşı qorunma tədbirləri haqda məlumat verilib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi