Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar keçirilib (FOTO)

news photo

15.04.2019 15:30 // Təhsil

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində aprelin 15-də Bakı Dövlət Universitetində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil edilib.

Youthportal.az xəbər verir ki, seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqo şəhərində fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle Herron mühazirə oxuyub.

Əvvəlcə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək müasir dövrün sosial bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə danışıb. Rektor narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin önəmini qeyd edib.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi