Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Dövlət Universitetində doktorantların sualları cavablandırılıb (FOTO)

news photo

15.02.2019 14:10 // Təhsil

Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firidun Qurbanov 2018-ci il üçün təsdiqlənmiş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb.

BDU-dan Youthportal.az-a bildirilib ki, görüşdə F.Qurbanov müasir dövrdə Azərbaycanın təhsil sistemində ciddi islahatların aparılmasını, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən davamlı işləri diqqətə çatdırıb. O, eyni zamanda, bu il 100 illiyini qeyd edəcək Bakı Dövlət Universitetinin innovasiya, yaradıcılıq, akademik tədqiqata böyük töhfələr verən, yüksəkixtisaslı kadrlar hazırlayan müasir elm və təhsil mərkəzi olduğunu bildirib. Qeyd edilib ki, kafedralarda doktorantların dissertasiya işlərinin mövzuları müzakirə edilərkən ciddi təhlillər və araşdırmalar aparılmalı, mövzunun aktual olmasına, onun ədəbiyyatda necə əks olunması, tədqiqatçılar tərəfindən işlənmə səviyyəsi nəzərə alınaraq elmi-texniki tərəqqinin tələblərinə cavab verməsinə xüsusi fikir verilməlidir. Mövzular muəyyənləşdirilərkən еlmin, təhsilin müasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, bu sahədəki dövlət siyasəti, aparılan islahatlar və ölkəmizin daha da inkişaf etməsini təmin edən prioritet istiqamətlər nəzərə alınmalıdır.

Azərbaycan alimlərinə “Clarivate Analytics” şirkətinin elmi bazasından istifadə imkanlarının yaradıldığını qeyd edən F.Qurbanov dünya elminə inteqrasiya məqsədilə dövlətimizin başçısının 2018-ci il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar “ikili diplom”, doktorantların xarici ölkələrə ezam edilməsi, tədqiqatları üçün müvafiq şəraitin yaradılması məsələlərindən danışıb.

Tədbirdə BDU-nun elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova çıxış edərək doktorantlara lazımi məsləhətlər verib, onların suallarını cavablandırıblar.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi