Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Avropa Liseyinin məzunları medallara layiq görülüblər

news photo

09.08.2019 12:39 // Təhsil

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Bakı Avropa Liseyinin məzunlarından 4-ü medallara layiq görülüb.

Bu barədə məlumat Youthportal.az-a liseydən verilib. Bildirilib ki, məzunlardan Rüstəm Həbibullayev qızıl, Cabir Hüseynov, Ləman Həsənli və Gülzar Məmmədli isə gümüş medalla təltif olunublar.

Liseydə təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilir. Ötən il təhsil müəssisəsini bitirmiş məzunların hamısı Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul ediliblər.

Xatırladaq ki, Təhsil naziri Ceyhun Bayramov “Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 112 məzun qızıl, 67 məzun gümüş medalla təltif olunub.

Digər xəbərlər

Xəbər lenti

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Atəşkəs 20 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi