Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Ali Neft Məktəbinin tələbələri Uşaq Evində (FOTO)

news photo

21.12.2018 11:44 // Təhsil

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Nizami rayonunda yerləşən 1 saylı Uşaq Evini ziyarət ediblər. Gənclərin Uşaq Evinə gəlişi buradakı azyaşlıların sevincinə səbəb olub.

BANM-dan Youthportal.az-a bildirlib ki, tələbələri qarşılayan Uşaq Evinin direktoru Nərminə Zöhrabova 1 saylı Uşaq Evində qalan uşaqlar haqqında informasiya verib, onlarım təlim-tədris proqramından, qidalanması, asudə vaxtlarının necə səmərəli keçirilməsindən bəhs edib. O qeyd edib ki, Uşaq Evi dövlətimizin xüsusi qayğısı və diqqət mərkəzindədir. Direktor Nərminə Zöhrabova həmçinin bildirib ki, buradakı uşaqlar hər il tələbə qəbulu üzrə dövlət imtahanlarında iştirak edir və Azərbaycanın, həmçinin Rusiyanın müxtəlif universitetlərinə qəbul olurlar.

Daha sonra tələbələr burada qalan körpələrlə yaxından tanış olub, onların dərslərilə maraqlanıblar. Azyaşlılar öz rəsm əsərlərini və müxtəlif əl işlərini BANM-ın tələbələrinə nümayiş etdiriblər.

Bakı Ali Neft Məktəbinin Korporativ Sosial Məsuliyyət addımı çərçivəsində həyata keçirilən ziyarət zamanı Uşaq Evindəki azyaşlılara müxtəlif hədiyyələr, maarifləndirici kitablar və televizor hədiyyə edilib.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Monitorinq insidentsiz başa çatıb

Atəşkəs 22 dəfə pozulub

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi