Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Ali Neft Məktəbinin startapı “NewSpace” Biznes Akselerator Proqramında 2-ci yerin qalibi olub

news photo

20.06.2019 12:41 // Təhsil

Azərkosmos” ASC və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzi tərəfindən həyata keçirilən “NewSpace” Biznes Akselerator Proqramının Final mərhələsi (Demo Day) keçirilib.

Youthportal.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin dosenti Əmir Rza Vəxşurinin elmi rəhbərliyi ilə tələbələrdən Elmar Əsgərzadə, Aleksandr Oborovskiy, Murad Rəhimov və Hüseyn Əliyevin yaratdığı ThermoNorth startupı özlərinin “SolarPCM” layihəsi ilə 2-ci yerin qalibi olaraq 5000AZN məbləğində toxum investisiya əldə ediblər.

Startap ekosistemi tərəfindən maraqla qarşılanan proqrama 5 ölkədən ümumilikdə 40 müraciət edilib. Onların arasından seçilən ən potensiallı 10 startap layihəsi proqrama qəbul olunub. Bu ilin yanvar-may aylarını əhatə edən “Akselerasiya” dövründə onlara proqramın təşkilatçıları tərəfindən peyk təsvirləri, iş ofisi, texniki və biznes təlimlər, ekspert, mentor və s. dəstək göstərilib.

Bunlarla yanaşı, qaliblər “Azərkosmos” ilə birlikdə beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə edəcəklər.

“NewSpace” Biznes Akselerator Proqramının əsas məqsədi kosmik xidmətlər və yaxın sahələrdə innovativ startap layihə və məhsullarının aşkar edilməsi, onların inkişafı və bazara çıxışının asanlaşdırılmasına dəstək göstərilməsidir.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi