Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Ali Neft Məktəbinin daha 4 tələbəsi İtaliyanın nüfuzlu şirkətində işə başlayır

news photo

07.06.2019 10:56 // Təhsil

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin tələbələrinin İtaliyanın "Maire Tecnimont Qroup" şirkətində keçdiyi təcrübə proqramının yekunu ilə bağlı görüş keçirilib.

Youthportal.az xəbər verir ki, görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, "Maire Tecnimont Group"un Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse- prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezident Gianni Bardazzinin rəhbərlik etdiyi nümayəndə heyəti, Ali Məktəbin kollektivi və tələbələri iştirak edib.

Nümayəndə heyətinin tərkibində “Maire Tecnimont Qrup”un podratçısı “Kinetics Technology” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, şirkətin Rusiya və Xəzər regionunda biznesin inkişafı üzrə mütəxəssisi Nataliya Sirazutdinova, Kommunikasiyalar üzrə menecer Massimo Dapoto, Kommunikasiyalar üzrə mütəxəssis Daniyela Asti, İnsan resursları üzrə koordinator Aidə Bəşirova, eləcə də Ofis və ümumi məsələlər üzrə koordinator Nigar Heydərova təmsil olunub.

Qonaqları salamlayan rektor Elmar Qasımov sözügedən şirkətlə səmərəli əməkdaşlıq sayəsində ölkəmizdə nəhəng layihələr həyata keçirildiyini və müsbət nəticələr əldə olunduğunu diqqətə çatdırıb. 2016-cı ildə Bakı Ali Neft Məktəbi ilə imzalanan müqaviləyə əsasən, hər il bir neçə tələbənin bu şirkətdə təcrübə keçdiyini qeyd edən rektor bildirib ki, Kimya mühəndisliyi ixtisasının 4 nəfər sonuncu kurs tələbəsi hazırda “Maire Tecnimont” şirkətinin Azərbaycandakı nümayəndəliyində təcrübələrini tamamlayıblar.

“Nəticələr göstərir ki, növbəti ildən həmin tələbələr şirkətdə işə başlayacaqlar. Ötənilki uğurlu əməkdaşlığın nəticəsi olaraq isə, BANM-ın 2 məzunu hazırda sözügedən şirkətdə çalışır. Həmçinin, 4 tələbəmiz İtaliyanın Sortino şəhərində təşkil edilən Yay məktəbində ödənişsiz təlim imkanı qazanıb”- deyə rektor bildirib.

Bundan başqa, Elmar Qasımov şirkətlə birgə BANM-da Polimerlər üzrə Tədqiqat Laboratoriyasının yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.

"Maire Tecnimont Group"un Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezident Gianni Bardazzi öz növbəsində bildirib ki, görüşün digər məqsədi də gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır.

“Söz verildiyi kimi, Bakı Ali Neft Məktəbi bizim şirkətə Azərbaycanın ən yaxşı tələbələrini təqdim edib. Artıq, o tələbələr bizim əməkdaşlar olaraq, şirkətin mənfəət və investisiya əldə etməsi prosesinin iştirakçılarına çeviriliblər”- deyə şirkətin vitse-prezidenti vurğulayıb.

“Maire Tecnimont Qrup”un Bakı ofisində işlə təmin olunan, eləcə də təcrübə keçən tələbələr dəstək və yaradılan şərait üçün Ali məktəbin və şirkətin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Sonda istehsalat təcrübəsi proqramını uğurla başa vuran və işlə təmin olunan tələbələr sertifikatlarla təltif edilib.

Qeyd edək ki, BANM-in 4-cü və 5-ci kursları üçün nəzərdə tutulan bu proqram BANM və İtaliyanın “Maire Tecnimont Qroup” şirkəti arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir.

Məlumat üçün bildirək ki, İtaliyanın “Maire Tecnimont” şirkətlər qrupu mühəndislik, tikinti, texnologiyalar, lisenziyalaşdırma, energetika və karbohidrogenlər sahəsidə ixtisaslaşmış aparıcı şirkətlərdəndir.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Atəşkəs 19 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi