Bakı Ali Neft Məktəbində Gənclər günü qeyd olunub (FOTO)
03.02.2020 16:23 // Təhsil
Bakı Ali Neft Məktəbində (BANM) Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Faiq Məmmədov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, BANM-in professor-müəllim heyəti, administrativ heyəti və tələbələri iştirak ediblər.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımov qonaqları salamlayıb və Ali Məktəbin gənclərinin timsalında bütün Azərbaycan gənclərini ürəkdən təbrik edib. Rektor qeyd edib ki, dövlət gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və o gündən sonra hər il Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. O həmçinin vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramı həyata keçirilir, bölgələrdə Gənclər Mərkəzi yaradılır, gənclərin dünyaya inteqrasiya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə hər zaman xüsusi dəstək verilir.
Bakı Ali Neft Məktəbinin məzunları adından Kimya mühəndisliyi ixtisası üzrə 2019-cu il məzunu, BP-də proses mühəndisi kimi çalışan Anar Bədəlbəyli tədbirdə çıxış edərək, gəncləri özünəməxsus yaradıcı formada təbrik edib və öz uğur hekayəsini onlarla bölüşüb.
BANM-in Tələbə Gənclər Təşkilatının (TGT) İdarə Heyətinin sədr müavini, Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Lalə İsmayılzadə Ali Məktəbin tələbələri adından çıxış edərək bütün mühəndis tələbələri Gənclər günü münasibətilə təbrik edib.
Gənclər Günü münasibəti ilə keçirilən tədbirdə “Creative Business Cup” və “Climate Launchpad” müsabiqələrində Azərbaycan ikincisi olmuş, etdiyi ixtiraya görə “İlin ixtirası” adına layiq görülən “Climasel” (asma tavan üçün enerjiyə qənaət edən panellər) startap layihəsinin rəhbəri BANM-in dosenti Əmir Reza Vəxşuri və komanda üzvləri təltif olunublar. Belə ki, Climasel panelləri innovativ yolla kondisionerlərə sərf olunan enerjiyə, həmçinin pula 25% qənaət etmiş olur.
Tədbirdə həmçinin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkil etdiyi “CanSat Azerbaijan - 2019” müsabiqəsində iştirak edərək ali təhsil ocaqları arasında II yeri tutmuş BANM-in (Foundation) tələbələrinin “Warriors” (I yer), “13” (II yer), “Mübariz” (III yer) klubları, eləcə də yuxarı kurs tələbələrinin “Vertex F.C” (I yer), “Forza BANM” (II yer), “Gremio C.F” (III yer) klubları fərqlənərək ilk 3 yerin qalibi olublar. Turnir zamanı 26 qol vurmuş Neft-qaz mühəndisliyi ixtisasının I kurs tələbəsi Oqtay Kazımlı Hazırlıq (Foundation) tələbələri arasından, yuxarı kurs tələbələrindən isə 29 qolla Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Malik Babayev “QOL kralı” adına layiq görülüblər. Həmçinin futzal turnirində “Ən yaxşı hücumçu” adını Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Rəşad Ələkbərov, “Ən yaxşı müdafiəçi” adını Neft-qaz mühəndisliyi ixtisasının II kurs tələbəsi Uğur Paşayev, “Ən yaxşı yarımmüdafiəçi” adını Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Kənan Qocayev, “Ən yaxşı qapıçı” adını isə Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Vüsal İskəndərov qazanıb.
2019/2020-ci tədris ilində BANM-də qızlar arasında keçirilmiş Voleybol turnirində ilk 3 yerin qalibi “ChemBallers” (I yer), “Max Factor” (II yer) və “NKB” (New kids on the block) (III yer) komandaları olub. Oğlanlar arasında keçirilmiş Voleybol turniri zamanı “Scutoid” (I yer), “Chemystery” (II yer) və “Vertex VC” (III yer) komandaları fərqlənərək qalib olublar.
2019/2020-ci tədris ilində Ali Məktəbdə tələbələr arasında keçirilmiş Şahmat turnirində ilk 3 yerin qalibi Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Qəhrəman Kazımlı (I yer), magistratura təhsili alan II kurs tələbəsi Nizam Zahidli (II yer) və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Kamal Bağırlı (III yer) olub.
2019/2020-ci tədris ilində Ali Məktəbdə tələbələr arasında keçirilmiş Stolüstü tennis turnirində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının II kurs Rafiq Lahıcov (I yer), Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi İman Qurbanlı (II yer) və Kimya mühəndisliyi ixtisasının III kurs tələbəsi Kənan Qocayev (III yer) fərqlənərək ilk 3 yerin qalibi adına layiq görülüblər.
2019/2020-ci tədris ilində Ali Məktəbdə keçirilmiş intellektual yarışlar çərçivəsində “Nə, harada, nə vaxt” intellektual oyunu zamanı Hazırlıq (Foundation) tələbələrinin “Give me five” (III yer), “YWLYP” (II yer) və “Fab Five” (II yer) komandaları fərqlənərək ilk 3 yerin qalibi olublar.
Gənclər gününə həsr olunmuş tədbir bədii konsert proqramı ilə yekunlaşıb.
Digər xəbərlər
Bakı Media Mərkəzi Zəfər Paradına həsr olunmuş videoçarx hazırlayıb
11.12.2020 19:40 // Siyasət
Nazir Azad Rəhimov gənc liderlərlə görüşdü (FOTO)
12.06.2020 15:08 // Gənclər üçün
Temperatur düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
21.05.2020 14:08 // Cəmiyyət
Sabah Bakıda 28 dərəcə isti olacaq
21.05.2020 11:35 // Cəmiyyət
“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq
21.05.2020 10:31 // Dünyada
Atəşkəs 22 dəfə pozulub
21.05.2020 09:39 // Qarabağ
Beynəlxalq Yoqa Günü münasibətilə 3 müxtəlif yaş qrupu üzrə iki fərqli müsabiqə elan edir
20.05.2020 15:45 // Cəmiyyət
Sabah 34 dərəcə isti olacaq
20.05.2020 13:42 // Cəmiyyət
Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
20.05.2020 10:33 // Qarabağ
Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
18.05.2020 15:09 // Gənclər üçün
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada
07.05.2020 15:35 // Siyasət
Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirdi
22.04.2020 17:04 // Cəmiyyət
Gənclər “Tələbə baharı”na dəvət olunur
06.04.2020 11:20 // Gənclər üçün
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
06.04.2020 10:34 // Qarabağ
UNEC onlayn idarəetməyə keçdi
01.04.2020 14:10 // Təhsil
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib
01.04.2020 12:06 // Siyasət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
01.04.2020 09:32 // Qarabağ
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
30.03.2020 10:04 // Qarabağ
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydaları
28.03.2020 15:37 // Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
27.03.2020 17:49 // Cəmiyyət
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
26.03.2020 14:07 // Təhsil
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib
20.03.2020 14:01 // Siyasət
Azərbaycanda Novruz bayramıdır
20.03.2020 13:30 // Cəmiyyət
Operativ Qərargah: Azərbaycanda daha 10 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı
19.03.2020 15:40 // Cəmiyyət
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
19.03.2020 14:41 // Siyasət
AMEA: Koronavirusun Azərbaycanda yayılması buxovlanıb
19.03.2020 11:41 // Cəmiyyət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
19.03.2020 10:06 // Qarabağ
ATƏT koronavirusa görə Qarabağ münaqişəsi ilə əlaqədar monitorinqləri dayandırdı
19.03.2020 08:31 // Qarabağ
Birinci vitse-prezident Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 16:19 // Siyasət
Azərbaycanda daha iki nəfərdə koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah
16.03.2020 08:11 // Cəmiyyət