Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Ali Neft Məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)

news photo

17.01.2020 17:18 // Təhsil

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin dekabrın 13-də "20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında" imzaladığı Sərəncama uyğun olaraq bütün dövlət qurumlarında, təhsil ocaqlarında, eləcə də BANM-də müvafiq tədbirlər keçirilib.

Rektor faciə haqqında danışaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqın yaddaşına həkk olunduğunu bildirib. O, 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində hüquqi qiymət verildiyini diqqətə çatdırıb.

“1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı dövründə onun səyləri nəticəsində 1994-cü il martın 29-da Milli Məclis tərəfindən qəbul edilən qərarda, nəhayət ki, qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Faciədən 30 ilə yaxın bir dövr keçir. Ötən müddət ərzində faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi və inkişafı tam bərqərar olub”.

Rektor Ali Məktəbin tələbələrinə xalqımızın tarixində baş vermiş bütün faciələrin, eyni zamanda 20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyindən də  danışıb, onlara təhsil aldıqları ingilis dili biliklərindən istifadə edərək bu işdə fəal olmağı tövsiyə edib.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş qısa sənədli film nümayiş etdirilib.

Xatırladaq ki, 20 Yanvar faciəsi zamanı bir neçə gün ərzində 137 nəfər öldürülüb, 700-dək insan yaralanıb, 800-dən çox adam qanunsuz həbs edilib.

news photo

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi