Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Ali Neft Məktəbi və Polşanın WSB Universiteti arasında müqavilə imzalandı (FOTO)

news photo

07.02.2019 11:10 // Təhsil

Bakı Ali Neft Məktəbində (BANM) Polşanın WSB Universitetinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə BANM-ın rektoru Elmar Qasımov, WSB Universitetinin Beynəlxalq əməkdaşlıq üzrə prorektoru Rafal Rebilas, Beynəlxalq əlaqələr üzrə direktoru Pavel Urgacz və BANM-ın əməkdaşları iştirak ediblər.

Görüşdə tərəflər arasında tələbə mübadiləsi, müəllim-professor heyətinin mübadiləsi, elmi materialların mübadiləsi, birgə tədqiqat və təhsil layihələri üzrə əməkdaşlıq etmək üzrə razılığa gəlinib. Nəticə olaraq tərəflər bu istiqamətlər üzrə əməkdaşlığı özündə əks etdirən ikitərəfli əməkdaşlıq haqqında razılaşma  imzalayıblar.

Hər iki universitet həmçinin magistratura pilləsi üzrə əməkdaşlıq etmək qərarına gəlib. Belə ki, Ali Məktəbin WSB Universitetilə ikili diplom proqramı nəticəsində BANM-ın Biznesin idarə edilməsi (MBA) ixtisası üzrə təhsil alan magistr tələbələrinin hər iki universitetin diplomlarını əldə etmək şansı olacaqdır. Bu münasibətlə də tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə özündə həmçinin bu istiqamət üzrə təhsil planlarını və proqramlarını yaratmaq üçün aparıcı mütəxəssislərdən ibarət elmi və metodiki şuranın təşkil olunmasını, distant təhsil proqramının tətbiq olunmasını, müasir interaktiv texnologiyaların (elektron platformaların) layihə iştirakçıları tərəfindən istifadə olunması və digər istiqamətləri özündə ehtiva edir.

WSB Universitetinin nümayəndələri həmçinin Ali Məktəbin laboratoriyaları, idman kompleksi, kitabxanası, mühazirə otaqları və zallarını gəzərək kampus ilə yaxından tanış olub və tələbələr üçün yaradılmış şəraitdən heyrətləndiklərini bildiriblər.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Yüksək balla Aİİ-ni seçdi

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi