Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına üzv oldu

news photo

22.10.2019 11:12 // Təhsil

Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin Avtomatlaşdırılması mühəndisliyi kafedrası, İnformasiya təhlükəsizliyi ixtisası növbəti uğura imza ataraq dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına (FNSA - Fortinet Network Security Academy) üzv olub.

Ali Məktəbdən Youthportal.az-a bildirilib ki, BANM-in Fortinet Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində Ali Məktəbin İnformasiya təhlükəsizliyi ixtisasının tələbələri və məzunları kibertəhlükəsizlik bacarıqlarını inkişaf etdirmək və karyeralarında yüksəlmək imkanını əldə edəcək.

Bu əməkdaşlıq nəticəsində tələbələrə pulsuz olaraq Fortinet Şəbəkə Təhlükəsizliyi Üzrə Ekspert (Fortinet NSE) təlim proqramı keçiriləcək. Həmin proqramın kurrikulumu təlimi keçən tələbələrə Fortinet şəbəkəsini və onun xüsusiyyətlərini qavramaqda yardım edəcək. Əldə edilən bilik və bacarıqlar proqramı tamamlaya bilən gələcəyin  informasiya təhlükəsizliyi mühəndislərinin istənilən təşkilat / şirkətin informasiya texnologiyaları infrastrukturunu idarə etmək, eləcə də müasir dövrün kibertəhlükəsizlik problemləri və onların həll edilməsi istiqamətində  daha da püxtələşmək imkanlarını artıracaq.

Bununla yanaşı, BANM-in akademik heyəti və tələbələri FNSA-nın resurslarından istifadə etmək üçün də çıxış əldə edəcək.

“Fortinet” şirkəti kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış dünyaca məşhur şirkətlərdən biridir. Əsası 2000-ci ildə Amerikada qoyulmuş İT təminatı üzrə dünya lideri öz müştərilərinə təhlükəsiz İT infrastrukturu qurmaq üçün ən innovativ və səmərəli həlləri təklif edir. Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyası (FNSA) şirkət daxilində yaradılmış və informasiya təhlükəsizliyi sahəsi üzrə ixtisaslı kadrlar hazırlayır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi