Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı Ali Neft Məktəbi Dayanıqlı İnkişaf haqqında hesabat hazırladı

news photo

26.12.2018 12:26 // Təhsil

Bakı Ali Neft Məktəbi tərəfindən 2017/2018-ci tədris ili üzrə “Dayanıqlı İnkişaf haqqında hesabat” hazırlanıb. BANM Azərbaycanda bu hesabatı hazırlayan ilk ali təhsil müəssisəsidir.

Ali Məktəbdən Youthportal.az-a bidlrilb ki, BANM üçün hazırlanmış Dayanıqlı İnkişaf haqqında hesabatın əsas məqsədi Ali Məktəbin iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətin nəticələrini şəffaf bir şəkildə açıqlamaqdır. Hesabatda Dayanıqlı İnkişaf məqsələrinin BANM-ın strategiyasına inteqrə olunması, Ali Məktəbin Dayanıqlı İnkişafa qarşı yanaşması, təhsil, tədqiqat, təşkilatı və əməliyyat sahələrində BANM-ın dayanıqlı inkişafı da yer alıb. Bu hesabat Ali Məktəbin korporativ məsuliyyətinin göstəricisi və onun fəaliyyətinin dünya standartlarına uyğun təşkil olunmasının sübutudur. Hazırlanmış hesabat BANM-ın Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf məqsədlərinə verilən bir töhfədir. Ali Məktəb bu hesabatı hər iki ildən bir hazırlamağı öz öhdəliyinə götürüb və digər müəssisələri də Dayanıqlı İnkişaf üzrə Hesabat hazırlamağa çağırır.

Qeyd edək ki, Ali Məktəbin Dayanıqlı İnkişaf üzrə hesabatı beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb. Hesabatdakı məlumatların düzgünlüyü EY Azərbaycan şirkəti tərəfindən audit olunub, müsbət rəy verilib və təsdiq olunub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi