Ru
Bakı
USD
EUR
GBP
RUB

Bakı 2015 Avropa Oyunlarının brendi 2015 Transform Avropa Mükafatına layiq görülüb

news photo

22.04.2015 21:18 // İdman

Bakı 2015 Avropa Oyunları və dizayn üzrə tərəfdaşı “SomeOne” şirkəti, ötən gecə London-Breveridə keçirilən mötəbər 2015 Transform Avropa Mükafatının vizual elementlərdən ən yaxşı istifadə nominasiyası üzrə birincilik qazandı.

Transform mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdır.

Azərbaycanın təbii gözəlliyindən ilhamlanan rəngarəng və valehedici Bakı 2015 brendi Birinci Avropa Oyunlarının arenaları, biletləri, uniformaları və bütün rəsmi əmtəə avadanlıqlarının üzərində əks olunur.

Brendin mərkəzində Azərbaycan folklorunda birliyin təcəssümü olan nar ağacı yer alır. Ağacın müxtəlif idman növlərinin göz oxşayan piktoqramlarla işlənən hssələri ölkənin irsinin və mədəniyyətinin tarixi simvollarıdır.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq: “Bu mükafat, Birinci Avropa Oyunları üçün gördüyümüz hazırlıqlara bələdçilik edən yaradıclıq və innovasiya ruhuna verilən dəyərdir. Bakı 2015 brendi ev sahibi Azərbaycanın təbii gözəlliyinin və bütün qitənin zövq ala biləcəyi yenilikçi idman tədbiri həyata keçirmək arzumuzla duyduğumuz qürur hissini əks etdirir”.

Bakı 2015 də brend üzrə direktor cənab Dan Tomlinson: “Bakı 2015-in brend üzrə komandası, medallardan uniformalara qədər bütün əşyalarda istifadə olunmaq, bütün formalarda və ölçülərdə brendləşdirmə məqsədilə əlverişli görünüş yarada bilmək üçün səylərini səfərbər etdi”.

Brendin görünüşü, daha öncə London 2012 Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirən məşhur “SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb.

“SomeOne” agentliyinin yaradıcısı və icraçı direktoru Qari Holt: “Biz, ötən 18 ay ərzində Avropa Oyunları Əməliyyat Komitəsi ilə həyata keçirdiyimiz əməkdaşlığın nəticəsi olan brendin layiq görüldüyü mükafata görə qürur duyuruq“.

Oyunlara geri sayımın son mərhələdə olduğu müddətdə Bakı 2015 brendi ev sahibi şəhərin müxtəlif küçələrində elan və reklam lövhələrində əks etdirilir, eləcə də, Birinci Avropa Oyunlarının möhtəşəm məşəl və çırağının önəmli hissəsini formalaşdırır.

Bakı 2015 brendi ilə www.baku2015.com saytında tanış olmaq mümkündür.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Birinci Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.

Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Bakı 2015 Avropa Oyunlarının biletlərini birbaşa satış məntəqələrindən yaxud www.baku2015.com/tickets saytından onlayn üsulla almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq bildirişləri şəhərin aşağıda göstərilmiş ünvanlarda yerləşən, istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər. Park Bulvar, 28 Mall, Metro Park ticarət mərkəzləri, Heydər Əliyev Sarayı, Azərbaycan kinoteatrı, Nizami küçəsinin Bülbül prospekti ilə kəsişməsi, Azadlıq Meydanı, ASAN xidmətin Yasamal filialı, eyni zamanda, Neftçilər, Əhmədli metrostansiyaları yaxınlığında və Fəvvarələr Meydanında yerləşən McDonald’s restoranları.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi