Ru
Bakı
USD
EUR
GBP
RUB

“Bakcell U-17 Liqa”nın qalibi mükafatlandırılıb

news photo

15.05.2015 13:37 // İdman

Mayın 14-də AFFA-nın inzibati binasında futbol üzrə “Bakcell U-17 Liqa”nın 2014/2015-ci il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırma mərasimi keçirilib.

Youthportal xəbər verir ki, mükafatları AFFA-nın İcraiyyə komitəsinin üzvü Vaqif Sadıqov, veteran futbolçu Rüstəm Rəhimov, AFFA-nın şöbə müdirləri Cavid Qarayev və Yusif Vəliyev təqdim ediblər.

“Qəbələ” komandasının çempion olduğu, “Neftçi”nin ikinci, “Bakı”nın isə üçüncü yeri tutduğu “Bakcell U-17 Liqa”da 12 komanda, 314 oyunçu, 26 məşqçi qeydiyyatdan keçib. 2014-cü il sentyabrın 22-də start verilmiş mövsümə bu il mayın 11-də yekun vurulub. Turnir çərçivəsində 264 oyunda 473 qol qeydə alınıb.

Liqanın bombardiri 18 qolla “Qarabağ” komandasının hücumçusu Samir Mehdizadə olub. “Qəbələ” komandasının oyunçusu Hacıağa Hacıyev mövsümün ən yaxşı futbolçusu seçilib.

Digər xəbərlər

Xəbər lenti

Maestro Niyazinin xatirəsi anılıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi