Ru
Bakı
USD
EUR
GBP
RUB

Badmintonçumuz Türkiyədə bürünc medal qazanıb

news photo

20.12.2018 11:30 // İdman

Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Ankarada keçirilən “Turkey International 2018” turnirində çıxışlarını başa vurublar.

Youthportal.az xəbər verir ki, təmsilçilərimizdən Edi Reski Dviçayo 1/16 finalda yunanıstanlı İlias Xanzounu məğlub edib. Edi növbəti mərhələdə Danimarka idmançısı Soren Hald üzərində qələbə qazanıb. Badmintonçumuz 1/4 finalda Türkiyə təmsilçisi Məhəmməd Əli Kurta qalib gəlib. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən Edi bu mərhələdə indoneziyalı İkhsan Leonardo İmanuel Rumbaya uduzub.

Mübarizəyə 1/16 finaldan başlayan Ezmi Qovimuramadhoni ilk mərhələdə özbəkistanlı Artyom Savatyugini məğlub edib. Ezmi 1/8 finalda İndoneziya badmintonçusu Kristian Adinataya uduzub və mübarizəni dayandırıb.

Digər xəbərlər

Xəbər lenti

"Təqdimat bacarıqları" təlimi keçiriləcək

Atəşkəs rejimi 24 dəfə pozulub

UEFA yeni topunu təqdim edib

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi