Ru
Bakı
USD
EUR
GBP
RUB

Badminton üzrə “Level 1” kurslarına qatılan məşqçilərə iştirakçı sertifikatları təqdim olunub

news photo

29.12.2018 12:18 // İdman

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında badminton üzrə “Coaching Education Level 1” məşqçilik kurslarına qatılan məşqçilərə iştirakçı sertifikatları təqdim olunub.

Youthportal.az xəbər verir ki, tədbirdə çıxış edən MOK-un marketinq şöbəsinin müdiri Mehman Kərimov, qurumun idman şöbəsinin rəhbəri Həsənağa Rzayev və Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev “Level 1” kurslarının ölkəmizdə keçirilməsinin məşqçilərimizin badminton biliklərinin təkmilləşdirilməsinin və gələcək üçün badmintonçularımızın hazırlanmasında böyük rol oynadığını bildirib.

Bu cür kursların böyük əhəmiyyətə malik olduğunu bildirən kursun moderatoru, Beynəlxalq Badminton Federasiyasının eksperti Murtuza Validarvi təlimlərə 11 kişi məşqçi ilə yanaşı, 7 qadın iştirakçının qatılmasının müsbət məqam olduğunu qeyd edib.

Sonda MOK və Azərbaycan Badminton Federasiyası rəsmiləri iştirakçılarla birgə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq Badminton Federasiyasının dəstəyi, MOK, Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə keçirilən kurslarda Bakı ilə yanaşı, Gəncə, Lənkəran və Qubanı təmsil edən məşqçilər iştirak ediblər. İştirakçılar dekabrın 24-28-də keçirilən kurs müddətində nəzəri və texniki biliklərə yiyələniblər. Kursları uğurla başa vuran məşqçilərə isə Beynəlxalq Badminton Federasiyasının “Level 1” məşqçi sertifikatları təqdim olunacaq.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi