Ru
Bakı
USD
EUR
GBP
RUB

Badminton üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

news photo

30.01.2019 12:52 // İdman

Azərbaycan Badminton Federasiyası (ABF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2009-cu il və daha kiçik təvəllüdlü idmançılar arasında paytaxt birinciliyinə yekun vurulub.

ABF-dən Youthportal.az-a bildiriblər ki, yarışda 25 oğlan və 16 qız birincilik uğrunda mübarizə aparıb.

Qaliblər 5 kateqoriya üzrə müəyyənləşib. Oğlanların şəxsi yarışında Murad İbrahimli, qızlar arasında isə Əminə İsmayılova birinci olublar. Oğlanların qoşa yarışlarında Murad İbrahimli-Əmirxan İmanov, qızlarda Zəhra Rüstəmova-Əminə İsmayılova cütlüyü fərqləniblər. Qarışıq-qoşa yarışlarda isə Murad İbrahimli-Nəzrin Mehrəlizadə cütlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.

Digər xəbərlər

Xəbər lenti

Zoologiya İnstitutu vakansiya elan edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi