Ru
Bakı
USD
EUR
GBP
RUB

“Badminton” idman növü üzrə Binəqədi açıq turniri keçirildi

news photo

25.12.2017 18:47 // İdman

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasına uyğun olaraq Binəqədi rayonu 276 №-li tam orta məktəbdə məktəblilər arasında “Badminton” idman növü üzrə Binəqədi açıq turniri keçirilmişdir.

<br />

Turnirin bağlanış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 276 №-li tam orta məktəbin direktoru Bəhram Şiriyev, Azərbaycan Badminton Federasiyasının məşqçisi Cavanşir Əlizadə iştirak edərək, gənc idmançıları salamlamış, onlara gələcək yarışlarda uğurlar diləmişlər. Turnirin olimpiya idman növü hesab olunan badmintonun Binəqədi rayonunda inkişaf etdirilməsi, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, yeniyetmə və gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması məqsədilə keçirildiyini bildirən natiqlər, bundan sonra da badminton üzrə mütəmadi olaraq yarışların keçiriləcəyini bildirdilər.

<br />

Turnirin nəticəsinə görə Xətai rayonunun komandası I yeri, Yasamal rayonunun komandası II yeri, Nizami rayonunun komandası III yeri tutmuşdur. Qaliblər İdarə tərəfindən kubok, diplom və medalla təltif edilmişlər.

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi