Ru
Bakı
USD
EUR
GBP
RUB

AzTU-da Tvinninq layihəsi çərçivəsində növbəti seminar

news photo

15.05.2019 14:48 // Təhsil

Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi çərçivəsində “Təhsil müddətinin fənlərə görə deyil, əldə olunan bacarıqlara əsasən tanınması” mövzusunda seminar keçirilib.

AzTU-dan Youthportal.az-a bildirilib ki, seminarda çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov Tvinninq layihəsinin ölkəmizdə ali təhsil sisteminin Avropa ali təhsil sisteminə uyğunlaşdırılması baxımından böyük əhəmiyyət daşıdığını söyləyib. Prorektor AzTU-nun Tvinninq layihəsində fəallığını qeyd edib, son illər əldə olunan nailiyyətlərdən, tədrisdə praktik biliklərin tətbiqindən, universitetin uğurlu beynəlxalq əməkdaşlığından danışıb.

Tvinninq layihəsinin əlaqələndiricisi Liza Baydanova seminar haqqında məlumat verib və əhəmiyyət kəsb edən məsələləri iştirakçıların diqqətinə çatdırıb. Litvalı ekspert Kristina Stkute isə təqdimatla çıxış edərək təhsil tanınmasının həyata keçirilməsi prosesində kompetensiyalara (əldə olunan bacarıqlara) əsaslanan yanaşmanın əhəmiyyətindən danışıb.

Seminar çərçivəsində iştirakçılar təlimin nəticələri haqqında öz düşüncələrini yazıblar. İştirakçıların yazılarına Fransadan olan ekspert Jan-Luk Lomboley tərəfindən şərhlər verilib.

İnteraktiv keçirilən seminarda ekspertlər iştirakçıların suallarını cavablandırıb, maraq kəsb edən məsələlər ətrafında müzakirələr aparılıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi