Ru
Bakı
USD
EUR
GBP
RUB

AzTU-da Tvininq layihəsi çərçivəsində növbəti seminar

news photo

15.03.2019 11:58 // Təhsil

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” mövzusunda Tvininq layihəsi üzrə növbəti seminar keçirilib.

AzTU-dan Youthportal.az-a bildirilib ki, seminarda beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov Tvininq layihəsinin Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, “Yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanması” mövzusunda Tvininq layihəsində AzTU ölkə üzrə 3 pilot ali təhsil müəssisəsindən biri seçilib. Tvininq layihələrinin tətbiqi ali təhsilin modernləşdirilməsi, müsbət beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, müasir tədris texnologiyalarından istifadənin artırılması və kadr hazırlığının təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır.

Təhsil Nazirliyinin əməkdaşı Tofiq Əhmədov, Tvininq layihəsinin kordinatoru Liza Baydanova, Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin Kefiyyət Təminatı Mərkəzinin direktoru Yolita Butkiene və Latviyanın Akademik Məlumat Mərkəzinin eksperti Asnate Kazoka seminarda çıxış edərək hazırda icra olunan Tvinninq layihəsi üzrə seçilən ixtisaslardan danışıblar.

Seminarda AzTU ilə yanaşı, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri də iştirak ediblər.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

“Qədim dil” dərsliyi nəşr olunub

Atəşkəs rejimini 22 dəfə pozulub

Qoruqlara giriş ödənişsiz olacaq (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi