Ru
Bakı
USD
EUR
GBP
RUB

AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarılıb (FOTO)

news photo

15.11.2019 12:14 // Təhsil

Azərbaycan Texniki Universitetinin (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqə keçirir.

AzTU –dan Youthportal.az-a bildirilib ki, sərgidə universitetin tələbələrinin 36 rəsm və əl işi nümayiş olunur. Onların arasında ən qiymətlisi dəyəri 5 min manatdan baha olan gəmi maketidir. Maketi almaq üçün sahibinə 5 min manat təklif olunsa da, o, əsərini satmaqdan imtina edib.

Sərgidə nümayiş olunan bütün əl işi və rəsm əsərləri şifrələnib, qaliblərin seçimi gizli yolla aparılır.

Mükafatlandırılma mərasimi noyabrın 15-də keçiriləcək.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi