Ru
Bakı
USD
EUR
GBP
RUB

AzTU ilə “Azərbaycan Dəmir Yolları” arasında bağlanmış müqavilə üzrə görüləcək işlər müzakirə edilib

news photo

19.09.2019 10:15 // Təhsil

Sentyabrın 18-də “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Universitetdən Youthportal.az-a bildirilib ki, görüşdə AzTU ilə “Azərbaycan Dəmir Yolları” arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində görüləcək işlər müzakirə edilib. Eyni zamanda, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun imzalanmış mövcud müqavilənin prinsiplərindən danışılıb.

Müqavilədə dəmir yolu nəqliyyatı sahəsində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin təcrübə proqramlarına cəlb edilməsi, tələbələr üçün təqaüdlərin təsis edilməsi, elmi-tədqiqat işlərinin birgə keçirilməsi, elmi-tədqiqat laboratoriyalarının yaradılması və s. məsələlər nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi