Ru
Bakı
USD
EUR
GBP
RUB

AzMİU-nun nümayəndələri beynəlxalq festivalda iştirak ediblər

news photo

18.11.2019 16:12 // Təhsil

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Mansur Zərbəliyev Özbəkistanda keçirilən 9-cu beynəlxalq festivalda iştirak ediblər.

AzMİU-dan Youthportal.az-a bildirilib ki, festivalda müxtəlif ölkələrin universitetlərinin nümayəndələri tərəfindən tələbə və məzunların buraxılış işləri, magistr dissertasiya işləri nümayiş etdirilib.

Festivalda Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Macarıstan, Qazaxıstan, ABŞ və digər ölkələrin nümayəndə heyətləri də iştirak edib. Festivala ümumilikdə 100-ə yaxın universitetdən müəllim və tələbələr qatılıb. Festival noyabrın 14-15-i Daşkənddə, noyabrın 16-sı Səmərqənddə, noyabrın 17-də Buxarada öz işini davam etdirib. Noyabrın 18-də isə Daşkənddə festivalın bağlanış mərasimi keçirilib.

Sonda ən yaxşı buraxılış və magistr işlərinin qalibləri müxtəlif ölkələrdən olan ekspertlər tərəfindən müəyyən edilərək mükafatlandırılıb.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Auditorlar Palatası imtahan keçirəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi