Ru
Bakı
USD
EUR
GBP
RUB

AzMİU-nun müəllimi Koruna Universitetində “Menecmentin əsasları” fənnini tədris edib

news photo

19.09.2019 14:25 // Təhsil

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Könül Ağayeva İspaniyanın Koruna Universiteti tərəfindən təşkil olunan beynəlxalq yay məktəbində iştirak edib.

AzMİU-dan Youthportal.az-a bildirilib ki, Könül Ağayeva 42 saatlıq proqramla Koruna Universitetinin İqtisadiyyat fakültəsində “Menecmentin əsasları” fənnini intensiv formada tədris edib. O, həmçinin mühazirə və məşğələlərdə yay məktəbinin müəllim kollektivi, eləcə də tələbə heyəti ilə birgə diskussiyalar aparıb.

Beynəlxalq yay məktəbində fəal iştirak etdiyinə görə AzMİU-nun müəllimi sertifikatla təltif olunub.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi