AzMİU-da Karyera sərgisi təşkil olunub

21.02.2020 08:02 // Gənclər üçün
Fevralın 20-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə növbəti dəfə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr eləcə də universitetimizlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.
AzMİU-dan Youthportal.az-a bildirilib ki, tələbələrinin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərən universitet rəhbərliyinin təşəbbüsü ilə 90-dan çox dövlət qurumu, özəl şirkətlər, müəssisələr tələbə və məzunlara müxtəlif vakansiyalar üzrə ümumilikdə 100-dən çox iş yerləri təklif edib. Budəfəki karyera sərgisinin əsas ideyası təkcə iş imkanlarını gəncpeşəkarlarla paylaşmaq deyil, həm də onların iş adamları (şirkət nümayəndələri) iləünsiyyət saxlaması və iş həyatında möhkəm addımlarla irəliləmələri üçün önəmli bir təşəbbüs oldu.
Sərgidə ölkənin aparıcı şirkətlərindən Azərbaycan Dövlət Neft Şirkəti, BP Azərbaycan, Kapital Bank, Beynəlxalq Bank, Paşa İnşaat, North West Construction MMC, PMD Projects, Akkord STİK, Holcim Azərbaycan, İmprotex İndustries MMC, Embawood MMC eləcə də digər dövlət və özəl şirkətlərdə vakant iş yerləri sərgiyə çıxarılıb.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. AzMİU-da artıq ikinci dəfə keçirilən sərginin tələbə və məzunlarımıza karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb. Daha sonra Gülçöhrə Məmmədova sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb.
1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində iş axtarışında olan gənclər şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada biliblər. Şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.
Digər xəbərlər
Bakı Media Mərkəzi Zəfər Paradına həsr olunmuş videoçarx hazırlayıb
11.12.2020 19:40 // Siyasət
Nazir Azad Rəhimov gənc liderlərlə görüşdü (FOTO)
12.06.2020 15:08 // Gənclər üçün
Temperatur düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ
21.05.2020 14:08 // Cəmiyyət
Sabah Bakıda 28 dərəcə isti olacaq
21.05.2020 11:35 // Cəmiyyət
“Titanik”in radioötürücüsü okeanın dibindən çıxarılacaq
21.05.2020 10:31 // Dünyada
Atəşkəs 22 dəfə pozulub
21.05.2020 09:39 // Qarabağ
Beynəlxalq Yoqa Günü münasibətilə 3 müxtəlif yaş qrupu üzrə iki fərqli müsabiqə elan edir
20.05.2020 15:45 // Cəmiyyət
Sabah 34 dərəcə isti olacaq
20.05.2020 13:42 // Cəmiyyət
Ermənistan silahlı qüvvələri atəşkəsi 23 dəfə pozub
20.05.2020 10:33 // Qarabağ
Laçın rayonunun işğalı ilə bağlı virtual təbliğat aksiyasına start verilib
18.05.2020 15:09 // Gənclər üçün
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz ilk döyüşdə qalib gəldik, amma pandemiya ilə müharibə hələ davam edir – bizim ölkəmizdə və bütün dünyada
07.05.2020 15:35 // Siyasət
Azad Rəhimov qəbulların online keçirilməsinin mümkünlüyünü bildirdi
22.04.2020 17:04 // Cəmiyyət
Gənclər “Tələbə baharı”na dəvət olunur
06.04.2020 11:20 // Gənclər üçün
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
06.04.2020 10:34 // Qarabağ
UNEC onlayn idarəetməyə keçdi
01.04.2020 14:10 // Təhsil
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib
01.04.2020 12:06 // Siyasət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
01.04.2020 09:32 // Qarabağ
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
30.03.2020 10:04 // Qarabağ
Xüsusi karantin rejimi dövründə polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydaları
28.03.2020 15:37 // Cəmiyyət
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
27.03.2020 17:49 // Cəmiyyət
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
26.03.2020 14:07 // Təhsil
Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib
20.03.2020 14:01 // Siyasət
Azərbaycanda Novruz bayramıdır
20.03.2020 13:30 // Cəmiyyət
Operativ Qərargah: Azərbaycanda daha 10 nəfərdə koronavirus infeksiyasına yoluxma qeydə alındı
19.03.2020 15:40 // Cəmiyyət
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
19.03.2020 14:41 // Siyasət
AMEA: Koronavirusun Azərbaycanda yayılması buxovlanıb
19.03.2020 11:41 // Cəmiyyət
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub
19.03.2020 10:06 // Qarabağ
ATƏT koronavirusa görə Qarabağ münaqişəsi ilə əlaqədar monitorinqləri dayandırdı
19.03.2020 08:31 // Qarabağ
Birinci vitse-prezident Mehriban Əliyeva: Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik
18.03.2020 16:19 // Siyasət
Azərbaycanda daha iki nəfərdə koronavirusa yoluxma qeydə alınıb - Operativ Qərargah
16.03.2020 08:11 // Cəmiyyət