Ru
Bakı
USD
EUR
GBP
RUB

AzMİU-da “Elm günü”nə həsr olunmuş sərgi açılıb (FOTO)

news photo

19.03.2019 09:05 // Təhsil

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Elm günü” münasibətilə professor-müəllim heyətinin yaradıcılıq sərgisi təşkil olunub.

AzMİU-dan Youthportal.az-a bildirilib ki, sərgidə kafedra və laboratoriyalarda aparılan elmi-tədqiqat işləri nəticəsində çapdan çıxmış kitablar, yüksək impakt faktorlu jurnallarda dərc edilmiş məqalələr, alınmış patentlər, layihə işləri, qurulmuş maketlər, cihazlar, qurğular, rəsmlər və s. nümayiş olunub.

Tədbirdə çıxış edən universitetin elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov Prezident İlham Əliyevin Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamını xatırladıb. Bildirib ki, bu, dövlətimizin başçısının Azərbaycan elminə göstərdiyi diqqət və qayğı ilə yanaşı, həm də onun elm amilinin ölkədə hərəkətverici qüvvəyə çevrilməsi istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Belə bir günün təsis edilməsi Azərbaycan alimləri qarşısında daha ciddi vəzifələr qoyur.

Prorektor qeyd edib ki, sərgidə nümayiş olunan bütün işlər AzMİU-nun elmi potensialının bariz göstəricisidir.

Sonra müəllimlər və tələbələr sərgiyə baxıblar.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

İyulun 17-də Ay tutulması baş verəcək

Sabahın hava proqnozu açıqlanıb

“Yay məktəbi” davam edir (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi