Ru
Bakı
USD
EUR
GBP
RUB

AzMİU və Xarkov Milli Avtomobil Yolları Universiteti əməkdaşlıq müqaviləsi imzalayıb (FOTO)

news photo

19.11.2019 17:22 // Təhsil

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Xarkov Milli Avtomobil Yolları Universitetinin dəvəti ilə Ukraynada səfərdə olublar.

AzMİU-dan Youthportal.az-a bildirilib ki, Nəqliyyat fakültəsinin dekanı Elçin Yusifzadə və Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili kafedrasının baş müəllimi Rövşən Sədiyev Xarkov Milli Avtomobil Yolları Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Georgi Toxtar ilə görüşüblər. Görüşdə universitetlərarası qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi barədə danışıqlar aparılıb.

Daha sonra AzMİU-nun nümayəndələri universitetin fakültələri ilə tanış olublar. Sonra onları universitetin rektoru, professor A.M.Turenko qəbul edib. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb, iki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. E.Yusifzadə AzMİU haqqında geniş təqdimatla çıxış edib, sualları cavablandırıb.

AzMİU-nun əməkdaşları “Nəqliyyat qurğuları: vəziyyəti, saxlanılma problemləri və təmiri” mövzusunda beynəlxalq elmi-praktik konfransda da iştirak ediblər. Konfransın açılış mərasimində E.Yusifzadə təbrik nitqi söyləyib və təmsil etdiyi universitet barədə məlumat verib.

Konfransın plenar iclasında R.Sədiyev məruzə ilə çıxış edib.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi