Ru
Bakı
USD
EUR
GBP
RUB

AzMİU Türkiyənin Dokuz Eylül Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

news photo

08.06.2019 21:52 // Təhsil

Bu gün Türkiyənin Dokuz Eylül Universitetinin nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Universitetin rektoru professor Nükhet Hotarın rəhbərlik etdiyi heyətin tərkibində universitetin Təhsil mərkəzinin müdiri, İqtisadi və idari bilimler fakültəsindən professor Asuman Atalay, Beynəlxalq əlaqələr koordinatoru professor Levent Çavaş və Rus dili və ədəbiyyatı kafedrasının müdiri, Dil ve konuşma terapistliği bölüm başkanı professor Gülmira Kuruoğlu da görüşdə iştirak edib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Türkiyə universitetləri ilə AzMİU arasında sıx əlaqələrin qurulduğunu deyən rektor 9 Eylül Universiteti ilə də əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. Sonra o, rəhbərlik etdiyi universitet, onun tarixi, fakültə və ixtisasları barədə qonaqlara geniş məlumat verib. Rektorun çıxışından sonra Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev prezentasiya ilə çıxış edib, universiteti qonaqlara vizual tanıdıb.

Görüşdə 9 Eylül Universitetinin rektoru, professor Nükhet Hotar da çıxış edib, xoş qarşılanma və görüş üçün AzMİU rəhbərliyinə təşəkkür edib. Xanım rektor təməli bu gün qoyulan əməkdaşlığın hər iki tərəf üçün uğurlu olmasını arzulayıb. O rəhbərlik etdiyi universitet barədə məlumat verib, bildirib ki, Türkiyənin İzmir şəhərində yerləşən 9 Eylül Universiteti 1982-ci ildə qurulub, hazırda Universitetdə 81 mindən çox tələbə oxuyur. Universitetdə təhsil türk və ingilis dillərindədir, 10 institutu, 17 fakültəsi, 3 yüksəkokulu, 1 konservatoriyası, 6 məslək yüksəkokulu, 1 Tətbiqi və Araşdırma Xəstəxanası və 60 Tətbiqi Araşdırma Mərkəzi var. Rektorun geniş çıxışından sonra qonaqlar da təmsil etdikləri universitet barədə hazırlanmış videonu təqdim ediblər.

Görüşün sonunda tərəflər arasında Əməkdaşlıq müqaviləsi imzalanıb.

news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi