Ru
Bakı
USD
EUR
GBP
RUB

AzMİU tələbələrinin təhsillərini xaricdə davam etdirməsinə "Akkord" şirkəti maliyyə dəstəyi göstərəcək (FOTO)

news photo

10.07.2019 15:06 // Təhsil

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 3 tələbəsi magistr təhsillərinin bir semestrini xaricdə alacaqlar.

AzMİU-dan Youthportal.az-a verilən məlumata görə, inşaat mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbələri Süleyman Qəmbərov və Amir Ələsgərov Portuqaliyanın Leiria Politexnik İnstitutunda, Ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs magistr tələbəsi Mədinə Nəbiyeva isə İspaniyanın Koruna Universitetində təhsillərini davam etdirəcəklər.

Adıçəkilən Avropa universitetləri ilə AzMİU arasında inşaat mühəndisliyi və ekologiya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində gerçəkləşən bu layihəyə Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası (STİK) ASC maliyyə dəstəyi göstərəcək. Belə ki, təhsildə fərqlənən hər 3 tələbənin səfər, yaşayış və təhsil xərcləri "Akkord" şirkəti tərəfindən ödəniləcək.

Bu məqsədlə iyulun 10-da AzMİU-da sözügedən universitetlərdə təhsil alacaq tələbələrlə, "Akkord" şirkəti və AzMİU arasında üçtərəfli müqavilə imzalanıb. İmzalanma mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, Akkord STİK ASC-nin tikinti üzrə baş direktorunun müavini Anar Məmmədov, Keyfiyyətin idarə edilməsi departamentinin direktoru Abbas Quvalov, universitetin professor-müəllim heyəti, magistr tələbələr iştirak edib.

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova universitet ilə "Akkord" şirkəti arasında faydalı əməkdaşlığın olduğunu, şirkətin tələbələrimizin uğurlu təcrübə keçməsinə böyük dəstək nümayiş etdirdiyini, universitetdə təhsilin keyfiyyətinin artırılmasına əlindən gələn yardımı göstərdiyini qeyd edib. Rektor əməkdaşlığın nəticəsi olaraq şirkətin universitetin 3 tələbəsinin xaricdə təhsilini maliyyələşdirməsini sevindirici hal kimi dəyərləndirib, şirkətin rəhbərliyinə və təmsilçilərinə göstərdikləri xeyirxah təşəbbüs üçün minnətdarlığını bildirib. Mütəxəssis hazırlığında digər iri şirkətlərin də belə gözəl təşəbbüslə çıxış etməsini arzulayıb. O, çıxışının sonunda magist tələbələrə müvəffəqiyyətlər arzulayıb, onlara öz tövsiyələrini verib.

"Akkord" şirkətinin nümayəndəsi A.Məmmədov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətlərindən danışarkən bildirib ki, şirkət xarici layihələrin işlənib hazırlanmasında dil bilikləri ilə yanaşı, tikinti sahəsini yaxşı bilən yüksək bilik və bacarıqlı kadr potensialına ehtiyac duyur: “Şirkətimiz ümumi işimiz üçün bu sahədə lazım olan savadlı mütəxəssislərin hazırlanmasında maraqlıdır. Ötən ildə də biz 3 tələbənizin xaricdə təhsil almasına maddi dəstək verdik, şirkət olaraq bu fəaliyyətimizi sonrakı illərdə də davam etdirəcəyik”.

Tədbirdə iştirak edən tələbələr, onların valideynləri yaradılan imkana görə "Akkord" şirkətinə və universitetin rəhbərliyinə təşəkkürlərini bildirib, göstərilən etimadı doğruldacaqlarını deyiblər.

Çıxışlardan sonra professor G.Məmmədova, A.Məmmədov və sözügedən universitetdə təhsil alacaq tələbələr arasında üçtərəfli fərdi müqavilə imzalanıb.

news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi