Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərkosmos” kosmik sahə üzrə elmi məqalə müsabiqəsi elan edib

news photo

08.01.2020 19:54 // Təhsil

“Azərkosmos” ASC kosmik sahədə ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri kosmik sahə üzrə keçirilən elmi məqalə müsabiqəsində iştiraka dəvət edir.

ASC-dən Youthportal.az-a bildirilib ki, müsabiqə elmi işləri və ya məqalələri oktyabrın 12-16-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək kosmik elm və texnologiya sahəsinin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresində təqdim etmək imkanı verəcək. Müsabiqə “Azərkosmos”un bu ilki tədbirdə yüksəkixtisaslı mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə təmsil olunması məqsədilə keçirilir.

Sözügedən nümayəndə heyətinin tərkibində iştirak etmək üçün maraqlanan şəxslər kosmik sahə üzrə elmi məqalələrinin xülasəsini “rustam.rustamov@azercosmos.az” elektron ünvanına yanvarın 31-dək göndərə bilərlər.

Ən yaxşı elmi məqalələrin müəlliflərinin viza, səyahət sığortası, nəqliyyat və yaşayış xərcləri, qeydiyyat və elmi məqalələrin nəşri və iştirak haqları da daxil olmaqla bütün xərcləri “Azərkosmos” tərəfindən qarşılanacaq.

Müsabiqə haqqında daha ətraflı məlumatı “http://azercosmos.az/files” saytından əldə edə bilərsiniz.

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Mədəni tarixi abidələrimizin təbliği

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi