Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərkosmos” Bakı Ali Neft Məktəbində seminar keçirib

news photo

12.02.2019 11:32 // Təhsil

 Bakı Ali Neft Məktəbində (BANM) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Məsafədən müşahidənin əsasları” adlı seminar keçirilib. 

Bu barədə Youthportal.az-a BANM-dən məlumat verilib.

Seminarda BANM-ın rektoru Elmar Qasımov, Azərkosmosun nümayəndələri, Ali Məktəbin müəllim və tələbələri iştirak ediblər.

Ali Məktəbin rektoru bildirib ki, BANM “Azərkosmos” ASC ilə uğurlu əməkdaşlıq edir. Rektor bildirib ki, BANM-ın tələbələri “Azərkosmos” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsində “İnterstellar” komandası adı altında ikinci yeri qazanıblar. “Ali Məktəbin tələbələri Azərkosmosun təşkil etdiyi layihələrdə bundan sonra da böyük həvəslə iştirak edəcəklər”- deyə rektor bildirib.

Seminarda Ali Məktəbin tələbələrinə “Azərkosmos” ASC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Tərlan Məmmədzadə, Mərkəzdə mühəndis-proqramçı Cavid Xəlilov, Təsvirlərin emalı qrupunun Məsafədən zondlama üzrə aparıcı mütəxəssisləri Elman Ələskərovİsmət Baxışov tələbələrin qarşısında böyük təqdimat ediblər.

Əvvəlcə tələbələrə “Azərkosmos” ASC-nin fəaliyyəti və tələbələr üçün təşkil edilən layihələr haqqında məlumat verilib. Daha sonra “Məsafədən müşahidənin əsasları” adlı seminarda peyklər və məlumatların əldə olunması, elektromaqnit enerjisi, məkan və spektral məlumatlar, təsvirlər, süni intellekt haqqında prezentasiya edilib.

Seminardan sonra Azərkosmosun nümayəndələrinə BANM-ın kampusunu ilə yaxından tanış olmaq üçün tur təşkil edilib. 

Digər xəbərlər

Xəbər lenti

Təmas xəttində nisbi sakitlik olub

UFAZ-ın 10 tələbəsi ilk 100-lükdə

Sabahın havası - İstilər davam edir

Bitkoinin qiyməti 11 min dolları keçib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi