Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlıların soyqırımının 101 illiyi münasibəti ilə gənclərin onlayn kampaniyasına start verildi

news photo

31.03.2019 18:26 // Siyasət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun tərəfdaşlığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımının 101 illiyə münasibətilə 29 mart - 5 aprel tarixlərində gənclərin onlayn kampaniyasına start verilir.

Azərbaycan, Rus, İngilis, İspan, İtalyan və Ərəb dillərində məlumatverici və təbliğat xarakterli posterlər, faktlar gənclərin onlayn platforma üzərindən səfərbər etməyi planlaşdırırıq.

6 dildə hazırlanmış 7 fakt posterləri,  6 dildə hazırlanmış xüsusi faktlar, Facebook üçün örtük (cover) və çərçivə (frame) göndərilir ki, bu da sosial şəbəkələrdə paylaşımlar etmək üçün resurslar bazası funksiyasını daşıyır.

7 fakt posterlərin üzərində sizin loqonuz üçün xüsusi yer ayrılmışdır və poster png formatında olduğu üçün rahatlıqla öz loqonuzu ora yerləşdirə bilərsiniz. 

Vahid platforma və vahid həştəqlər üzərindən kampaniyanı kütləvi şəkildə paylaşsaq, ən üst trendlərdə yer alaraq səsimizi dünya ictimaiyyətinə çatdıra bilərik.

Kampaniyaya qoşulmaq üçün sizlərə aşağıdakı resurlsları təqdim edirik:

1) Ümumi istifadə məqsədi ilə poster, Facebook üçün cover şəkli:

https://goo.gl/9iLRf7

2) 6 dildə hazırlanmış 7 fakt posterləri və mətni:

https://goo.gl/xDQv8X

Bütün gənclər evləri, gənclər təşkilatları, tələbə-gənclər təşkilatları və gənclərin 31 mart Soyqırımı

həqiqətlərinin təbliğatı və dünya ictimaiyyətinə effektiv şəkildə çatdırılması məqsədi ilə başladılan kampaniyaya qoşulmağa dəvət edirik.

Qeyd 1: Kampaniya çərçivəsində #genocide101 #31MarchGenocide həştəqlərindən istifadə olunacaq.

Qeyd 2: Twitter sosial şəbəkəsində daha aktiv fəaliyyətə qoşulmağınızı xahiş edirik. Məlumatları öz üzvləriniz və əməkdaşlarınızla paylaşın ki, onlar da bu kampaniyaya şəxsi profilləri üzərindən dəstək versinlər.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi