Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlıların soyqırımından 100 il ötür

news photo

03.04.2018 12:55 // Siyasət

İlk olaraq bildirməkdə fayda vardır ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv halını ortaya qoymaq imkanı və şəraiti yarandı. Məhz ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlar, həqiqətlərin üzə çıxarılması istiqamətində ciddi işlər görüldü. O cümlədən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlandı.

Tarixə nəzər salsaq görərik ki, ermənilər XVIII əsrdən başlayaraq Çar Rusiyasının himayəsilə Cənubi Qafqaza köçürülərək, Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaratmaq məqsədi güdmüşdür.

Daha əvvəldə - XVIII əsrin 20-ci illərində çar I Pyotr azərbaycanlıların tarixi torpaqları olan Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdir.

Böyük Ermənistan yaratmaq xülyasından ruhlanan mənfur erməni qəsbkarları 1905-1907-ci illər arasında azərbaycanlılara qarşı açıq-aşkar şəkildə genişmiqyaslı qanlı hadisələr həyata keçirdilər. Nəticə etibarı ilə, I dünya müharibəsi və Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz murdar əməllərini bolşevik bayrağı altında törətməyə nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlər ilə mübarizə etmək adı altında Bakı Kommunası Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirməyə başladı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi əks olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Azərbaycanlıların soyqırımı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, o cümlədən Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərimizdə də törətmişlər. Başqa bölgələrdə də bu hadisələr xüsusi amansızlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edirdi. Yaşayış məntəqələri dağıdılıb yerlə yeksan edilir, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.

Amansız soyqırımın davamı olaraq 1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq məhv edilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında isə 115 azərbaycanlı kəndi məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.

İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, yaşayış məntəqələri isə yerlə yeksan edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş ediblər. 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi isə məhv edilib.

1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib.

Qırğınlar Cənubi Azərbaycanda da davam etdirilib. 1918-ci ildə Cənuib Azərbaycan və İran ərazisində yaşayan 130 mindən çox soydaşımız ermənilər tərəfindən qətlə yetirilib. Bütövlükdə o zamankı qırğınlar nəticəsində 1 milyona qədər azərbaycanlı məhv edilib.

1918-ci ildə azərbaycanlıların kütləvi qətli ilə müşayiət olunan qırğınların qarşısının alınmasında məhz Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rolu olub.

Ümumilli lider Heydər Əliyevin tarixi Fərmanından ötən 20 il ərzində görülən işlər sayəsində bir çox yeni sənədlər və tarixi faktlar toplanılıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Həmin üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu birda daha isbat edir.

Bildiyimiz kimi, hər il soyqırımın ildönümü ilə əlaqədar ölkəmizin bütün bölgələrində anım mərasimləri yüksək səviyyədə keçirilir. Cənab Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatı, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunur. Azərbaycanlılara qarşı 100 il əvvəl törətdilən bu soyqırım barəsində həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə çox saylı irimiqyaslı tədbirlər həyata keçirilir.

Biz gənclər öz növbəmizdə tariximizə yazılan bu amansız faciələri heç vaxt unutmamalı, öz tarixi keçmişimizi daha da dərindən və hərtərəfli öyrənməli, gələcək fəaliyyətimizdə də əsas tutaraq ünsiyyətdə olduğumuz insanlara ətraflı şəkildə bildirməli, maarifləndirmə və təbliğat işlərində fəal iştirak etməli, öz səsimizi dünyaya çatdırma yolunda önəmli addımlar atmalı, xüsusilə də xarici ölkə gənclərinə həqiqətləri çatdırmaq istiqamətində fəaliyyətimizi daha da genişləndirməliyik.

Kamil Yaqubov – Suraxanı Gənclər Evi Sosial Xidmət Müəssisəsinin Metodisti

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi